İran

Tanınmış ictimai fəala həbs cəzası verildi

Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsi tərəfindən 1 il 8 ay azadlıqdan məhrum edilən siyasi-ictimai fəal Əsəl Məhəmmədinin apelyasiya şikayəti təmin olunmayıb.

Tehranın Apelyasiya Məhkəməsi Əsəl Məhəmmədinin barəsində çıxarılan qərarı olduğu kimi qüvvədə saxlayıb.

Əsəl Məhəmmədi bundan nöncə 2021-ci il noyabrın 6-da azərbaycan əsilli fəal Hirad Pirbudağı ilə birlikdə onun şəxsi mənzilində həbs olunub və təhlükəsizlik məmurları onun evində axtarış apararaq şəxsi əşyalarını müsadirə ediblər.

Tehranın İnqilab Məhkəməsi xanım fəalı “hökumətə qarşı təbliğat aparmaq” və “Ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq”da ittiham edib.

O, təhlükəsizlik məmurları tərəfindən saxlanıldıqdan sonra 11 noyabr 2021-ci ildə Evin zindanının 209-cu bölməsinə köçürülüb, 22 noyabr tarixində isə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılmışdır.

Related Articles

Bir cavab yazın

Back to top button