Dünya

Rusiya Xarkovda yaşayış binasını raketlə vurub

Rusiya ordusu səhər saatlarında Xarkovu atəşə tutublar.

UNİAN  xəbər verir ki, atılan raketlərdən biri şəhərin mərkəzi hissəsində yerləşən çoxmərtəbəli yaşayış binasına düşüb.

Xarkovda üç partlayış səsi eşidilib.

Məlumata görə, raket zərbəsi nəticəsində altımərtəbəli yaşayış binası qismən dağılıb.

Xilasedicilər bir nəfər yaşlı qadını xilas ediblər. Hazırda axtarışlar davam edir. (report.az)

Related Articles

Bir cavab yazın

Back to top button