Azərbaycanİran

Təbrizdə möhtəşəm görüntü: Azərbaycan bayrağı həkk edildi

Güneyli milli fəallar Təbrizin Eynalı dağının qayalarına Azərbaycan bayrağını həkk ediblər.

Aznewstv xəbər verir ki, bu barədə Güney Azərbaycan sosial media kanallarında məlumat yayılıb.

Bildirilib ki, təbrizlilərin həftəlik yürüş etdikləri yerlərdə Azərbaycan bayrağının həkk edilməsi, güneylilərin Azərbaycan həqiqətlərinə diqqətini cəlb etmək, İran hökumətinin Azərbaycana qarşı təbliğatlarına cavab məqsədilə həyata keçirilib.

Qeyd edək ki, Azərbayca bayrağının bir neçə yerdə həkk edildiyi Eynalı dağına hər tətil günü minlərlə təbrizli yürüş edir.

Uzun illərdir ki, hökumətə qarşı aksiyalar öncəsi Eynalı qayalarına şüarların yazılması ənənəyə çevrilib.

Related Articles

Bir cavab yazın

Back to top button