Dünya

Ərdoğan: “Türkiyə-Gürcüstan strateji əməkdaşlığı davam etdiriləcək”

Türkiyə- Gürcüstan strateji əməkdaşlığı bundan sonra da davam etdiriləcək”. Bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstan baş vəziri Giorgi Qaxariyanın bu vəzifəyə yenidən təyin olunması münasibətilə təbrik məktubunda əksini tapıb. Gürcüstan hökuməti dəftərxanasından bildirilib ki, Türkiyə Prezidenti təbrik məktubunda ölkəsi ilə Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlığın və dostluq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edib. “Bölgədə dayanıqlı barış və sabitliyin bərqərar olması üçün fürsətlər pəncərəsinin yarandığı dövrdə sizin başçılığınız altında ölkələrimiz arasında ilgilərin bütün sahələr üzrə davam etdiriləcəyinə əminəm”, -deyə məktubda bildirilib. Türkiyə Prezidenti Gürcüstan hökumətinin başçısına möhkəm cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına bolluq arzulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button