Bölgə

Bağdadda İran əleyhinə aksiyalarda 25 nəfər ölüb: Tehran-Bağdad uçuşları ləğv edilib

İraq ordusu Bağdadın Yaşıl Bölgəsini Müqtəda Sədr tərəfdarı qüvvələrin işğalından azad edib. Şahidlərin bildirdiyinə görə, Sədr tərəfdarları ilə İranyönlü şiə qruplaşması arasında atışma olub, nəticədə 25 nəfər ölüb, 85-dən çox adam yaralanıb.

İraqın nüfuzlu şiə ruhanisi və Sədr Hərəkatının lideri Müqtəda Sədr tərəfdarlarının Bağdadın Yaşıl Bölgəsindəki Hökumət Sarayına hücumundan sonra İraqın təhlükəsizlik qüvvələri Yaşıl Bölgəni etirazçılardan boşaltmaq üçün müdaxilə edib. Sədr tərəfdarlarının hücumu onun siyasətdən getdiyini elan etdikdən sonra baş verib.

AFP xəbər ajansının məlumatına görə, avqustun 29-da keçirilən əməliyyat zamanı 8 etirazçı öldürülüb. Bundan sonra İraq hökuməti ölkə daxilində komendant saatı elan edib.

Related Articles

Bir cavab yazın

Back to top button