İran

İranlı ekspert: “Azərbaycan Ermənistanla müharibə etməkdə daha çox israrlıdır”

Azərbaycan torpaqları işğal altında olarkənsəsi çıxmayan İran hökumətinə bağlı ekspertlər bu gün Azərbaycana və onun müttəfiqlərinə qarşı qərəzli mövqedən çıxış edir. Özünü “Qafqaz məsələləri üzrə ekspert” adlandıran Hirad Moxəyyeri deyib:

“Hərbi gücün qeyri-bərabər olması və Ermənistanda sosial böhranın mövcudluğu Azərbaycanı daha çox Ermənistanla münaqişənin davam etdirilməsində israrlı edir. Ona görə, Azərbaycan və onun 2 müttəfiqi-Türkiyə və İsrail Ermənistanla qarşıdurmalardan çoxməqsədli yararlana biləcək vəziyyətdədirlər. Amma Ermənistanın dəstəkiçləri – Fransa, Amerika və Avropa Birliyi bir neçə il öncə Ermənistanın daxili işlərinə müdaxilə etdiklərinə görə, indi Ermənistanın köməyinə gəlmədilər. Azərbyanın müttəfiqləri isə var gücü ilə çalışır ki, Ermənistanın ərazisində genişlənsinlər”.

“Bunu nəzərə almaq lazımdır ki, İranın şimal-qərb sərhədləri Azərbaycan və sionist rejimi tərəfindən təhlükəsizliyə təhdidlər, pantürkizm və kürdizmin yayılması planlarının icrası üçün Axilles dabanına çevriləcək. Azərbaycan Respublikasının İranla sərhədindən kəşfiyyat, casusluq fəaliyyəti və İranın vacib şəxsiyyətlərinə sui-qəsd həyata keçirilib. Rusiyanın Ermənistana dəstək siyasəti o qədər də tərəfsiz deyil. Rusiya öz məqsədlərinə gedən yolda Türkiyə və sionist rejimi dayandırmağa çalışır”.

Bu gün İran mühüm tarixi məqamdadır. Bu tarixi fürsət beynəlxalq nizamın dəyişməsi, o cümlədən Ukrayna müharibəsindən qaynaqlanır. Beynəlxalq nizamın dəyişməsi prosesi İran üçün əlverişli imkan yaradıb. Şərq cəbhəsinin Tehranın roluna ehtiyacı olduğu kimi, İranla Rusiya arasında münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşması Moskvanın İranın Qafqaz bölgəsində rol oynamasına yaşıl işıq yandırdığını göstərir”,-deyə o iddia edib

Related Articles

Bir cavab yazın

Back to top button