Azərbaycanİran

Sayınqalalı mədəni fəal Babək Qabilnəjad həbs edilib

O, İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları tərəfindən saxlanılıb.

Qərbi Azərbaycan əyalətinin Sayınqala (Şahindej) şəhərində yaşayan mədəni fəal Babək Qabilnəjad həbs edilib.

Noyabrın 5-də həbs edilən mədəni fəalın ittihamı və harada saxlanıldığı barədə heç bir məlumat verilməyib.

Sayınqalalı gənc qız Nəsim Sidqinin oktyabrın 31-də Urmu şəhərində keçirilən etiraz aksiyasında öldürülməsindən sonra Sayınqala şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib və bir neçə nəfər həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button