Dünya

Türkiyədə Zəfər Bayramı günüdür

Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir.
1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün başçılığı ilə başlayan savaşın 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur.
Birinci Dünya savaşından məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir.
İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan edilib.
Avqustun 30-u eləcə də, Türkiyə Silahlı Qüvvələri Günü kimi qeyd edilir.

Related Articles

Bir cavab yazın

Back to top button