İran

“İranın Əlborz vilayətinin məhsullarının Ermənistana ixracı üçün zəmin hazırlanır”

Əlborz vilayətinin başçısı deyib: İranın Ermənistandakı səfirliyi ilə anlaşma memorandumuna əsasən, Əlborz vilayətinin sənaye məhsullarının Ermənistana ixracı üçün zəmin yaradılır.

Əlborz vilayətinin başçısı deyib: İranın Ermənistandakı səfirliyi ilə anlaşma memorandumuna əsasən, Əlborz vilayətinin sənaye məhsullarının Ermənistana ixracı üçün zəmin yaradılır.

“Aznews tv”  xəbər verir ki, vali Müctaba Abdullahi İranın Ermənistandakı səfiri ilə görüşdə bildirib: Ermənistan Avrasiya ölkələri ilə körpü rolunu oynayaraq İran məhsullarının tədarükündə səmərəli rol oynayacaq.

Onun sözlərinə görə, Əlborz vilayəti və Ermənistan arasında daha çox əməkdaşlığı müzakirə etmək üçün ixtisaslaşdırılmış görüşlərin və operativ işçi qrupların təşkilinə ehtiyac var.

Qeyd edək ki, üzdə Azərbaycanla dost, qardaş və eyni dil, din, tarix və mədəniyyətə sahib olmasından ağız dolusu dəm vuran İran hökuməti digər tərəfdən riyakarcasına işğalçı Ermənistanla siyasi, iqtisadi münasibətlərini hər gün daha da genişləndirir. Qəribədir ki, rəsmi Tehran bu davranışı 30 il ərzində Azərbaycanın torpaqları Ermənistanın işğalında olarkən də daim sərgiləyib.

Related Articles

Bir cavab yazın

Back to top button