İran

Beynəlxalq Təşkilatdan İranda insan haqlarının pozulması ilə bağlı hesabat

İran höküməti çoxsaylı jeosiyasi, sağlıq və iqtisadi böhranlara baxmayaraq, mədəni toplumu özü üçün bir nömrəli təhdid hesab edir. Bu fikirlər “Human Rights Watch” təşkilatının 2020-ci ildə insan haqları pozuntuları ilə bağlı hazırladığı raporunda yer alıb. Raporda İran zindanlarında koronavirusun yayılmasına baxmayaraq, məhbusların mürəxəsiyə buraxılmaması məsələsinə diqqət çəkilib. Vurğulanıb ki, İran dövləti insan haqları müdafiəçilərini və tənqidçiləri həbsdə saxlamağa davam edir. Ancaq 2019-cu ilin novambrında etirazçılara zorakılıq tətbiq edən əmniyət qüvvələrinin məsuliyyətə cəlb edilməsi ilə ilgili heç bir addım atılmır. “Human Rights Watch”un Orta Şərq üzrə müdiri Maykl Pic bu durumla bağlı deyib: “Səlahiyyətli orqanlar insan haqları müdafiəçilərinə, fəallara qarşı basqı tətbiq etməklə yalnız müxalifətçiliyi və ümidsizliyi təşviq edir”. Bildirək ki, raporda iranlı güləşçi Nəvid Əfkarinin edam edilməsindən, ədalətsiz mühakimələrdən, onlarla insan haqları müdafiəçisi, vəkil, fəal, etnik və dini azlıq üzvlərinin həbsindən bəhs olunur.

Related Articles

Bir cavab yazın

Back to top button