Azərbaycan

Qərbi Azərbaycanda tarixi əsər qaçaqmalçıları həbs olunub

Qərbi Azərbaycanda tarixi əsər qaçaqmalçıları həbs olunub. Bu barədə Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin mühafizə bölməsinin başçısı Behzad Hicabi məlumat verib.

Behzad Hicabi  deyib ki, keçirilən əməliyyat nəticəsində “Təpə” və Urmunun “Ənhər sofla” klisəsində tarixi əsərlər əldə etmək üçün qanunsuz qazıntı aparan şəxslər saxlanılıb.

Onlara aid qazıntı avadanlıqları müsadirə edilib.

“Qanunsuz qazıntı aparanlardan biri həbs olunsada başqa qaçaqmalçı hadisə yerindən qaçıb və hazırda onun həbsi üçün axtarış-əçəliyyat tədbirləri aparılır”-deyə, Hicabi bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button