Azərbaycan

Şiri qardaşları barədə ailələrinə məlumat verilmir

Müstəntiq milli fəalların ailələrini təhqir edib.

Təbrizdə yaşayan və mayın 19-da təhlükəsizlik məmurlarıı tərəfindən həbs edilən milli-mədəni fəallar Əyyub və Davud Şiri qardaşlarının qeyri-müəyyən vəziyyətləri davam edir.

Fəalların niyə saxlanıldıqları və nədə ittiham olunduqları barədə onların yaxınlarına məlumat verilmir.

Mayın 29-da Şiri qardaşlarının ailələri onların durumları ilə maraqlanmaq üçün Təbrizin “Beheşti” Məhkəməsinə müraciə ediblər.

Qardaşların dosyesini araşdırdan Musəvi soyadlı müstəntiq fəalların ailələrini təhqir edib və onlara qardaşlar barədə hər hansı məlumat verməyib.

“Onlar hökumətə qarşı təbliğat fəaliyyətləri ilə məşğul olublar. Əgər sizdə hakim durumdan narazısınızsa bu ölkədə gedə bilərsiniz”-deyə, Musəvi məhbusların ailələrinə cavab verib.

Fəalların yaxınlarının dediyinə görə Şiri qardaşlarının ailəsi müstəntiqə cavab olaraq bildiriblərki bu ölkə bizimdir və buradan getmək fikrimiz yoxdur.

“Bu ölkənin uğrunda çox qanlar tökülüb. Heç yerə getmək fikrimiz yoxdur. Buradan kimsə gedəəcəksə oda sizsiniz. Bir gün ədalət qurulacaq və siz bu zülmlərə görə cavab verməli olacaqsız”-deyə, fəalların yaxınları Musəviyə cavab veriblər.

Mübahisədən sonra müstəntiq davud və Əyyub Şiri qardaşlarının ailəsini təhqir edib və onların təcridxana qalma müüddətini artırdığını bildirib.

Qeyd edək ki, mayın 19-u axşam saatlarında Əyyub Şiri özünün iş yerində, Davud Şiri isə məsciddə keçirilən yas mərasimindən çıxdığı zaman həbs olunub və naməlum yerə aparılıblar.

Bundan öncə Şiri qardaşları 6 aylıq həbs cəzalarını Təbriz zindanında çəkdikdən sonra 23 avqust 2021-ci ildə sərbəst buraxılmışdılar.

Hər iki qardaş bundan öncə milli-mədəni fəaliyyətlərinə görə, habelə ictimai aksiyalara qatıldıqları üçün saxlanılıb və dindiriliblər

Related Articles

Bir cavab yazın

Back to top button