Bölgə

İran-İsveçrə Birgə Ticarət Palatasının sədri: Nüvə anlaşması bərpa olunmazsa, İsveçrə şirkətləri İranı tərk edəcək

"Aznews tv" xəbər verir ki, o, İran nefti əvəzində Şrilankadan alınan çayla bağlı təəssüf hissi ilə söyləyib ki, İran İslam Cümhuriyyəti ölkənin milli pul ehtiyatlarını istehlak maddələrinə sərf edir.

İran-İsveçrə Birgə Ticarət Palatasının sədri Şərif Nizam Mafi dekabrın 24-də “İLNA” ajansına açıqlamasında Vyanada atom razılaşması üzrə müzakirələrin nəticəsiz qalması ilə bağlı xəbərdarlıq edərək bildirib ki, barter ticarəti siyasəti sənaye sektorunun, özəlliklə də İranda istehsalın problemlərini həll edə bilməz.

“Aznews tv”  xəbər verir ki, o, İran nefti əvəzində Şrilankadan alınan çayla bağlı təəssüf hissi ilə söyləyib ki, İran İslam Cümhuriyyəti ölkənin milli pul ehtiyatlarını istehlak maddələrinə sərf edir.

Belə ki, Mafinin sözlərinə görə, dövlət rəsmiləri bu ticarət mübadiləsindən xərçəng xəstəlikləri üçün dərman gətirmək ya da İranın iqtisadi inkişafına səbəb olacaq addımlar atmaq üçün istifadə edə bilərdilər.

Xatırladaq ki, “Reuters” ajansı dekabrın 22-də Şrilankanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verib ki, bu ölkə İrandan aldığı 251 milyon dollarlıq neftin pulunu istehsal etdiyi çayla və 50 ay ərzində Tehrana geri ödəmək niyyətindədir.

Related Articles

Bir cavab yazın

Back to top button