Dünyaİran

İranda həbsdə olan isveçli məhbusun ailəsi çağırış edib

İranda 500 gündən çoxdur həbsdə olan Avropa Birliyinin isveçli əməkdaşı Yuhan Flodrusun ailəsi bəyanat yayıb.

Onlar beynəlxalq ictimaiyyətdən onun azadlığa buraxılması və sağ-salamat evinə qayıtması üçün təcili tədbirlər görülməsini istəyib.

Məhbusun ailəsi bu barədə sentyabrın 10-da Yuhanın 33-cü doğum günündə bildiriblər.

İsveç vətəndaşının ailəsi vurğulayıb ki, Flodrus dil öyrənmək, tarixi yerləri araşdırmaq və İranda humanitar əməkdaşlıq layihələrini dəstəkləmək üçün Avropa Birliyi adından İran da daxil olmaqla, Yaxın Şərqin hər yerinə səyahət edib.

İsveç vətəndaşı, 33 yaşlı Yuhan Flodrus 2022-ci ilin yazında İrana səfər edib. O, aprelin 17-də ölkəsinə qayıtmaq istədiyi vaxt hava limanında təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

#İran #YuhanFlodrus

Related Articles

Bir cavab yazın

Back to top button