Azərbaycanİran

Urmu gölü can verir!

Dünyada ikinci duzlu göl və bir vaxtlar İranın ən böyük göllərindən olan Urmu gölü hazırda quruma təhlükəsi ilə üz-üzədir.

Ötən 13 il ərzində bu gölün suyunun səviyyəsi 6 metr aşağı düşüb. Bu bölgədə su resurslarının 90 faizinin kənd təsərrüfatı və əkin sahələrinə yönəldilməsi, havaların isinməsi nəticəsində gölün suyunun buxarlanması və eləcə də gölün ətrafında çoxlu quyular qazaraq yeraltı suların gölə axmasının qarşısının alınması kimi problemləri Urmiya gölünün qurumasının əsas səbəbləri hesab etmək olar.

İran hökuməti Urmiya gölü məsələsini öz boynundan atmaq istəsə də, xalq heç vaxt buna inanmayıb. Keçirilən etiraz aksiyalarında da ən çox səslənilən şüar “Urmu gölü can verir, Milli Məclis onun qətlinə fərman verir” idi.

Related Articles

Bir cavab yazın

Back to top button