Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

NATO Ukraynaya xüsusi nümayəndə göndərməyi planlaşdırır

Bu barədə “The Foreign Policy” məlumat yayıb.

Bildirilib ki, alyansın yeni təmsilçisi adı çəkilən ölkəyə göndərilən yardımların və qurumun göstərdiyi digər dəstək tədbirlərinin koordinasiyası ilə məşğul olacaq. Sözügedən qərar Ukrayna ordusunda döyüş hazırlığının gücləndirilməsi, habelə münaqişə arealı genişlənərsə, adekvat tədbirlərin sürətləndirilməsi, eyni zamanda Rusiya ilə nüvə müharibəsinə hazırlıq məqsədi daşıyır.

Şimali Atlantika Alyansı Ukrayna qarşısında uzunmüddətli öhdəliklərini genişləndirməyi hədəfləyib. Bununla əlaqəli plan NATO-nun Vaşinqton sammitində təqdim olunacaq.

Qeyd edək ki, Şərqi Avropa ölkələri Ukraynanın alyansa qəbulu prosesinin sürətləndiriməsini istəyir, lakin ABŞ və Almaniya hələlik buna qarşı çıxır.

Related Articles

Bir cavab yazın

Back to top button