Dünya

Birləşmiş Millətlər Təşkilatı Myanmadakı təzyiqlərlə bağlı çağırış edib

Birləşmiş Millətlər Təşkilatı dünya ölkələrini Myanmada etirazçılara qarşı aparılan basqı siyasətinə lazımi təpki göstərməyə çağırıb. Belə ki, Myanmar polisi bazar günü ölkənin müxtəlif bölgələrindəki etirazların qarşısını almaq üçün etirazçılara atəş açıb. Olay nəticəsində 18 nəfər həyatını itirib. Etirazçı əhali özəlliklə Myanmanın ən böyük şəhəri olan Yanqonda polis qüvvələrinin gözyaşardıcı qazla hücumuna məruz qalıb. Bundan öncə isə ölkə mediaları əhalini etirazçılara qarşı ciddi tədbir görüləcəyi ilə hədələyib.
Məsələyə münasibət bildirən Birləşmiş Millətlər Təşkilatının Baş dəbirinin sözçüsü Stefan Ducarik baş verənlərin qəbuledilməz olduğunu deyib.

Related Articles

Bir cavab yazın

Back to top button