İran

“Xameneyi Putinin döyüş maşınına dəstək verir” -Amerikalı senator

Amerika Senatının Xarici Əlaqələr Komitəsinin respublikaçı üzvü olan senator Rubio İran rəhbərinin Ukraynaya qarşı müharibədə Putini dəstəkləməsini qınayıb.

Senator Rubio bu barədə “Amerikanın Səsi” radiosunun farsca bölməsinə verdiyi yazılı cavabda bildirib.

“Əli Xameneyinin Putinin döyüş maşınına dəstək verir və eyni zamanda Ukraynada saysız-hesabsız günahsız insanların ölümünə səbəb olan bu ədalətsiz müharibəni tərifləyir”-deyə, senator bildirib.

Qeyd edək ki, iyulun 19-da Rusiya prezidenti Vladimir Putinlə İranın rəhbəri Əli Xameneyi arasında görüş keçirilib.

Rusiyanın Ukraynaya təcavüzndən danışan İran lideri bundan məmnun olduğunu bildirib.

“Əgər siz Ukrayna məsələsində təşəbbüsü ələ almasaydınız qarşı tərəf buna təşəbbüs göstərib və müharibə başladacaqdı”-deyə, Xameneyi bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button