İran

İranın Pakistanda çirkli pulların yuyulması ilə məşğul olan şəbəkəsi aşkar edildi

Xarici mətbuat orqanlarları İranın Pakistanda fəaliyyət göstərən çirkli pulların yuyulması ilə məşğul olan şəbəkəsinin aşkar edildiyini yazıb.

“Aznews tv”xəbər verir ki, bu şəbəkə İrana böyük məbləğdə pullar köçürüb. Bildirilir ki, sözügedən şəbəkə İranın ali lideri Əli Xameneinin Pakistandakı nümayəndəsi Bəhaəddiniyə ayda 200 min dollar pul vəsaiti ödəyib.

Şəbəkə ilə bağlı araşdırma prosesi “Zeynəbiyyun” qruplaşmasının üzvlərindən bir neçəsinin həbsindən sonra başlayıb. “Zeynəbiyyun” qruplaşması İranı dəstəkləyən pakistanlı yaraqlılardan ibarətdir. Qruplaşmanın üzvləri Suriyada Sepah-ın nəzarəti altında pul müqabilində döyüşüblər.

Pakistanlı müfəttişlər tərəfindən məhkəməyə təqdim edilən sənədlərə istintaq hesabatları, habelə qruplaşma üzvlərinin “WhatsApp”da yazışmalarının surəti daxildir. Bu şəbəkə İran və İraqa gedən pakistanlı zəvvarlardan da istifadə edib. Sənəddə eyni zamanda Əlirza adlı şəxsdən bəhs edilir. Bu şəxs Xameneinin Bəhaəddini adlı nümayəndəsinə böyük məbləğdə pul verməkdə ittiham olunur.

Həmin Bəhaəddininin müavini aprelin əvvəllərində bu işdə əli olan digər 12 şəxslə birgə “çirkli pulların yuyulması” və “xarici kəşfiyyat orqanları ilə əlaqədə olma” ittihamları ilə Karaçi şəhərində həbs edilib. Əlirzanın etirafları isə Bəhaəddininin müavini olan Seyid Vusal Heydəri Nəqəvi adlı şəxsin həbs edilməsi ilə nəticələnib.

Related Articles

Bir cavab yazın

Back to top button