Azərbaycan

Tsarukyan: “Ermənistan da Qarabağın aqibətini yaşaya bilər”

Müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Gagik Tsarukyan hesab edir ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hökumət getməlidir, əks təqdirdə “ölkə Qarabağın taleyini yaşaya bilər”.

Bunu o, erməni telekanallarına verdiyi müsahibədə deyib.

“Bu günlərdə vəziyyət çətindir, təhlükəlidir, uçurumdayıq. Beş-altı aydır Qarabağın uçurumun kənarında olduğunu söyləyirəm və Ermənistan haqqında da eyni şeyi deyirəm. Vəziyyəti dəyişdirmək üçün addımlar atılmalıdır – hökumət getməlidir”, – deyə Tsarukyan bildirib.

Onun sözlərinə görə, ölkəni bu çətin iqtisadi və siyasi böhrandan tam şəkildə çıxara biləcək və eyni zamanda danışıqlar apara biləcək birinə ehtiyac var: “Əks təqdirdə, Ermənistan da Qarabağın taleyini yaşamalı olacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button