İran

QURBANLARIN SAYI ARTIR

İranda son 24 saat ərzində 2 531 koronavirusa tutulma halı qeydə alınıb, 133 nəfər virusun qurbanı olub. Bu barədə ölkənin Behdaşt Vəzirliyinin nümayəndəsi Sima Sadat Lari məlumat verib.
O, qeyd edib ki, virusun ilk tapıldığı andan bəri 212 501 nəfər COVID-19-a tutulub, 9 996 nəfər isə virusun qurbanı olub. Eyni zamanda azı 172 096 nəfər mərizxanada sağalıb.
Qeyd edək ki, İranda bir gün istisna olmaqla, artıq ikinci həftədir gündə 100-dən çox insan koronavirusdan ölür.

Related Articles

Bir cavab yazın

Back to top button