Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Beynəlxalq Elmi Şura: Əhməd Riza Cəlali azadlığa buraxılmalıdır

Beynəlxalq Elmi Şuranın tuiter səhifəsində Güney azərbaycanlı bilim adamı Dr. Əhməd Riza Cəlali ilə bağlı paylaşım edilib. Paylaşımda Cəlalinin bir an öncə azadlığa buraxılması istənilib. “Qanunsuz şəkildə tutuqlanan doktor Əhməd Riza Cəlalinin durumunun ağır olduğu və aylardır təkadamlıq sellulda saxlanıldığı deyilir. Onun bir an öncə azad edilməsini istəyən Birləşmiş Millətlər Təşkilatının müstəqil insan haqları mütəxəssislərinin çablarına qoşuluruq”,-deyə Beynəlxalq Elmi Şuranın paylaşımında bildirilib. Qeyd edək ki, keçən həftə Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Birliyi də Güney azərbaycanlı bilim adamının durumu ilə bağlı bildiriş edib.

Related Articles

Bir cavab yazın

Back to top button