İqtisadiyyat

“SOCAR Trading” “Eni Turkmenistan” şirkəti tərəfindən hasil edilən türkmən neftinin alınması və nəqli üzrə tenderi udub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə strukturu olan “SOCAR Trading” “Eni Turkmenistan” şirkəti tərəfindən hasil edilən türkmən neftinin alınması və nəqli üzrə tenderi udub.

Bu tenderin nəticəsinə görə “SOCAR Trading” neft bazarının ENOC, “Vitol”, “Rosneft”, “Lukoil” və “Trafigura” kimi nəhənglərini ötüb.

Bu barədə beynəlxalq “Argus media” agentliyi məlumat yayıb.

Bununla da “SOCAR Trading” “Vitol” beynəlxalq daşıma şirkəti tərəfindən Türkmənistanda 2017-ci ildən satın alınan neftin bir hissəsini portfelinə qaytarıb.

Bazar iştirakçıları hesab edirlər ki, bu, Rusiyanın Mahaçqala və Novorossiysk limanları üzərindən tranziti azaltmaq hesabına Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Türkmənistan xammalının tədarükünün artmasına səbəb ola bilər.

Məlumata görə, “Eni Türkmenistan” 2021-ci il ərzində hər ay 30-40 min ton “Okarem” yatağından çıxarılan neft göndərməyi planlaşdırır.

2020-ci ilin yanvar-noyabrda Türkmənistandan “Okarem” neftinin ixracı 341 min ton təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 310 min ton idi.

Hazırda bütün həcm “Transneft” sistemi üzrə Novorossiyskə nəql olunma məqsədilə tankerlərlə Mahaçqala istiqamətində nəql edilir.

 

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ÜDM-in azalması 4,3% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilir.

2020-ci ilin 10 ayı ərzində ÜDM-in azalması 3,8% təşkil etmişdi.

Statistik məlumatlara görə, yanvar-noyabr aylarında Azərbaycanda ÜDM-in nominal həcmi 64 milyard 709,3 milyon manat təşkil edib.

Hesabat dövründə qeyri-neft sektorunda azalma 2,9%, neft-qaz sektorunda – 6,5% təşkil edib.

DSK ÜDM-in azalmasını Azərbaycanda COVİD-19-a koronavirus pandemiyasına görə Azərbaycanda qüvvədə olan məhdudiyyətlərlə izah ediblər.

Qeyd edək ki, beynəlxalq maliyyə institutları 2021-ci ildə Azərbaycanda ÜDM-in artımıni 2,9%-dən 4%-dək təşkil edəcəyini proqnozlaşdırırlar.

Related Articles

Bir cavab yazın

Back to top button