İran

Güneyli fəal Həmid Mənafi sürgünə göndərildi

Güney azərbaycanlı milli-mədəni fəal Həmid Mənafi həbsdən sonra iki illik sürgün cəzasını çəkmək üçün Loristan əyalətinin Əzna şəhərinə göndərilib.

Bu barədə o avqustun 2-də özünün “İnstaqram” hesabında paylaşım edib.

Tehranın “Evin” zindanında həbs cəzasını çəkən Həmid Mənafi Nadarlının şərti azadlığa buraxılması ilə bağlı müraciətinə müsbət cavab verilib.

Onun iki illik həbs müddətinin qalanının şərti azadlıqla dəyişdirildiyi ordibehiştin 25-də bəlli olub.

Bununla yanaşı, Baharistan şəhər Qərarların İcrası İdarəsi Həmid Mənafidən sürgün cəzasını çəkmək üçün Loristan əyalətinin Əzna şəhərinə göndərilməsini istəyib.

Bildirək ki, Həmid Mənafi, Behnam Şeyxi, Əkbər Azad və Əlirza Fərşi ilə birlikdə 2014-cü ildə Uluslararası Ana Dili Günü mərasimində iştirak etdikləri üçün həbs olunub.

İran Qanunlarının 499-cu maddəsinə əsasən, onların hər biri Tehran Təcdidenəzər Məhkəməsinin 54 saylı şöbəsində iki il həbs cəzasına məhkum edilib.

“Milli əmniyətə qarşı qrup və təşkilatlara üzv olmaq”da ittiham edilən fəallar Tehran Təcdidenəzər Məhkəməsinin 54 saylı şöbəsi tərəfindən hər biri 2 il həbs cəzasına məhkum olunub.

Həmid Mənafi 1399-cu ilin tir ayının 31-də tutularaq həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanına aparılıb.

Related Articles

Bir cavab yazın

Back to top button