Dünyaİran

“Sınırsız Jurnalistlər” İbrahim Rəisinin məhbusların toplu edamında rolunun araşdırılmasını dəstəklədi

Sınırsız Jurnalistlər Birliyi culayın 1-də açıqlama yayaraq, Birləşmiş Millətlər Təşkilatının İran üzrə özəl raporçusu Cavid Rəhmanın yeni prezident seçilmiş İbrahim Rəisinin 1367-ci ildə İran zindanlarında baş verən qətliamlardakı rolu barədə araşdırma aparılmasına dair çağırışına dəstək verib.

Cavid Rəhman bundan öncə İran rəbərlərinin əmri ilə 1367-ci ildə yaradılan “Ölüm heyəti”nin üzvü İbrahim Rəisinin zindanlarda minlərlə siyasi məhbusa ölüm hökmünün çıxarılması barədəki rolu haqda müstəqil uluslararası araşdırmanın başlanılmasını istəyib.

Sınırsız Jurnalistlər Birliyinin hüquqi strateji və uluslararası dəstək bölməsinin məsulu Antuan Bernard məsələ ilə bağlı mətbuata açıqlamasında deyib ki, 1367-ci ildə İran rəhbərlərinin tapşırığı ilə zindanlarda edam edilən minlərlə siyasi məhbus arasında həm də yüzlərlə jurnalist və media fəalı olub.

“BMT-nin İnsan Haqları Şurasında araşdırma komisyonunun yaradılması məsələsinin gündəmə gətirilməsi çox önəmli və zəruridir.

Bu, qeyd edilən il İran zindanlarında törədilmiş qətliamların araşdırılması üçün irəliyə atılan ilk addım sayıla bilər. Hesab edirəm ki, yaradılacaq komisyon BMT-yə üzv bütün ölkələr tərəfindən dəstəklənməlidir”, -deyə Antuan Bernard vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button