İran

Zənganda ənənəvi tədrisin bərpası ilə bağlı qərar verilib

Zəngan əyalətinin təhsil müəssisələrində a:di tədris prosesinin başlanması ilə bağlı qərar qəbul edilib. Bu barədə Zənganın Baş Təhsil İdarəsinin Ümumi İlgilər Şöbəsinin müdiri Ruhulla Ocaqlu bilgi verib. O, qeyd edib ki, Koronavirusla Milli Mübarizə Sitadının çıxardığı 59-u qərara əsasən, şagird sayı 50-dən az olan birinci, ikinci siniflər məktəbləri, və fənni hünəristanlarda təhsil hüzuri olacaq.  Belə ki, sözügedən kjlasların şagirdləri sarı və göy durumda olan bölgələrdə dərs klaslarına gedə biləcəklər. İbtidai və orta təhsil mədrəsələri isə vəziyyəti göy olan bölgələrdə fəaliyyət göstərəcək. Ocaqlu bildirib ki, klaslarda şagirdlərin sayı ən çox 10 nəfər ola bilər. Durumun sarı və göy elan edildiyi bölgələrdə yerləşən mədrəsələrdə idari, icra kadrlarının fəaliyyətinə icazə veriləcək. Bildirək ki, hazırda Zəngan əyalətində koronavirusla bağlı durum sarı ilə göy vəziyətdə dir.

Related Articles

Bir cavab yazın

Back to top button