İran

İranda heykəlin yıxılması nəticəsində uşaq ölüb

Dünən gecə saatlarında ailəsi ilə birlikdə gəzinti üçün Ərakdakı parka çıxan 11 yaşlı Kiareş bacısı ilə oynayarkən qəfil heykəlin yıxılması nəticəsində onun altında qalıb. Heykəl uşağın başına düşüb və o, aldığı ağır xəsarət nəticəsində dünyasını dəyişib.

Bu faciəli hadisədən sonra Ərak şəhərinin meri Əlirza Kərimi Ərakın Parklar və Yaşıl Məkan Təşkilatının rəhbərini vəzifəsindən azad edib.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button