Azərbaycan

Urmu gölündə duz qatları qalınlaşıb

Göldə ekoloji problem şiddətlənib.

Urmu gölündə ekoloji problem dərinləşib və hazırda gölün xüsusilə quzey hissəsində duz qatları qalınlaşıb.

Çevrə fəallarının verdiyi məlumatlara görə, suyun quruması və duzun qalaqlanması nəticəsində bəzi bölgələrdə duz qatının qalınləğı 4 metrə qədər yüksəlib.

Onlar gölün yatağının hamarlaşdığı, duz çöküntüləri ilə örtüldüyü üçün gölə axan suların tez bir zamanda buxarlaşdığını və bununlada gölün bərpasının çətinləşdiyini yazırlar.

Qeyd edək ki. Son günlər güclü külək nəticəsində Urmu gölünün qurmuş sahələrinin duzları Urmu, Təbriz və ərdəbilə kimi yayılıb və bölgədə ekoloji problemlərin yaranmasına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button