Azərbaycanİran

Tələbə hərəkatı fəalıTəbriz həbsxanasına köçürülüb

Təbriz Universtetinin molekulyar hüceyrə biologiyası fakültəsinin tələbəsi və tələbə hərəkatı fəal Armita Pavir Təbriz həbsxanasının qadınlar bölməsinə köçürülüb.

Bundan əvvəl etiraz aksiyalarına qoşulduğu üçün 31 oktyabr 2022-ci ildə həbs edilən tələbə hərəkatı fəalı 8 dekabrda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Bundan əvvəl “hökumətə qarşı təbliğat”da ittiham edilən Armita Pavir  28 iyun 2023-də Bianb şəhərinin prokurorluğana çağrılaraq, barəsində “ictimai asayişi və intizamı pozmaq” ittihamınında irəli sürüldüyü bildirilib.

Sentyabrın 2-də isə təhlükəsizlik məmurları onu saxlayaraq bir neçə saatlığına dindirdikdən sonra sərbəst buraxımışdılar.

Tələbə hərəkatı fəalı bundan əvvəl 2020-ci il yanvarın 8-də 176 nəfərin ölümü ilə nəticələnən SEPAH-ın Ukrayna təyyarısini vurmasına etiraz etdiyi üçün 1 il müddətinə təhsilinə qadağa qoyulmuşdur.

Related Articles

Bir cavab yazın

Back to top button