Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

İran və BƏƏ arasında əməkdaşlıq sazişi imzalanıb

İranla Birləşmiş Ərəb Əmirlikləri arasında mülki aviasiya sahəsində əməkdaşlığın inkişafı haqqında saziş imzalanıb. Bu, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın BƏƏ-yə səfəri çərçivəsində reallaşıb.

Sazişi Əmirliyin Mülki Aviasiya Təşkilatının rəhbəri Saif Məhəmməd Al Suvaidi və İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Bəxşi imzalayıb.

Qeyd edək ki, Hüseyn Əmir Abdullahiyan bir müddət əvvəl Oman, Qətər və Küveytdən sonra Körfəz ölkələrinə səfəri zamanı Əmirliyin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla Əbu-Dabidə görüşüb.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button