Dünya

ROBOTLAR KORONOVİRUS TESTİNİ HƏYATA KEÇİRƏCƏK

Japonun “Medicaroid” şirkəti sağlamlıq işçilərinin koronavirusa tutulmasının qarşısını almaq məqsədilə testlərin robotlar tərəfindən aparılmasını təklif edir. Şirkət tərəfindən təklif olunan sistem bir neçə robotdan istifadə olunmasını nəzərdə tutur. Bu robotlardan biri test keçirilən şəxsdən nümunə götürəcək, ikinci robot həmin nümunəni sınaq qurğusuna yerləşdirəcək. Üçüncü robot isə şimyayi gedişata nəzarət edəcək.
Şirkət nümayəndələrinin bildirdiyinə görə, sistemin əsas aparıcı məqsədi mərizlərdən müəyyən məsafədə qalmağa şərait yaradan nümunələri götürəcək robot olacaq.
“Medicaroid”in yerləşdiyi Kobe şəhəri şirkətə 460 min dollar maliyyə yardımı göstərməklə yanaşı, testlərin aparılması üçün mərizxanalar və sınaq meydançaları təşkil edəcək.
Əlavə olaraq qeyd edək ki, “Medicaroid” şirkəti tibbi robotlar hazırlayan “Kawasaki Heavy Industries” və təşxis dəstqahları tolid edən “Sysmex” şirkətləri tərəfindən yaradılmış birgə müəssisədir.

Related Articles

Bir cavab yazın

Back to top button