Azərbaycan

Ceyhun Bayramov Avropa Birliyinin nümayəndələri ilə görüşüb

18 desambr 2020-ci il tarixində Brüsseldə Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Şurasının 17-ci oturumu keçirilib. Toplantıda Azərbaycan xarici işlər vəziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti, Avropa Birliyi isə xarici eləcə də təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Cozef Borelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Avropa Birliyi nümayəndə heyətinin tərkibində Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komiser Oliver Varhelyi də iştirak edib. İclasda tərəflər Avropa Birliyi ilə Azərbaycan arasındakı əməkdaşlıq münasibətləri haqqında fikirdaşlıq ediblər. Vəzir Ceyhun Bayramov Bölgədəki son duruma görə qarşı tərəfə geniş bilgilər verib. Ermənistan tərəfindən bu ilin 27 septambr tarixində başladılan yeni təxribat habelə ona cavab olaraq Azərbaycanın ziddi həmlələri, 44 gün davam edən Vətən Savaşı, eləcə də bu müddətdə Ermənistan tərəfindən törədilən cəngi cinayətlər, dinc Azərbaycanlı əhalinin məqsədli vurulması, Ermənistan tərəfindən xarici ölkələrdən muzdluların bölgəyə gətirilməsi ilə bağlı çoxsaylı sənədlərin Azərbaycan tərəfində olması ilə bağlı məsələlər qarşı tərəfin diqqətinə çatdırılıb. 10 novambr tarixində imzalanmış üçtərəfli bəyanat, bu razılaşmadan irəli gələn məsələlərin icrası, razılaşmanın bölgədə yaratdığı yeni təhlükəsizlik formatı və əməkdaşlıq çərçivəsi ilə bağlı məsələlərlə ilgili Avropa Birliyinin nümayəndə heyəti məlumatlandırılıb. Baş nümayəndə Cozef Borel indilikdə bölgədə ehtiyacı olan insanlara humanitar yardımın göstərilməsinin gərəkliyini və bu yöndə Avropa Birliyinin yardım göstərməyə hazırlığını qeyd edib. Savaşdan sonrası yenidənqurma mərhələsində aidiyyəti üzrə Avropa Birliyinin də iştirakının olacağı vurğulanıb. Toplantı çağı tərəflər qarşılıqlı maraq doğuran bölgəsəl və uluslararası məsələlər üzrə fikirdaşlıq ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button