İran

Təbrizdə iki məhkum edam edilib

Təbrizdə iki məhkum edam edilib. Onların adam öldürməkdə ittiham olunduqları bildirilir.

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, sentyabrın 5-də Təbriz zindanında adam öldürməkdə ittiham olunan iki məhkum dar ağacından asılaraq edam edilib.

Məlumatda edam edilən şəxslərin kimliyi barədə açıqlama verilmədən onların 13 il bundan öncə Şərqi Azərbaycanın Culfa şəhərinin Siyəhrud kəndində qətl törətdikləri qeyd olunub.

Bununla yanaşı Kirmanşahın Dizelabad zindanında narkotik maddələrin alverində günahlandırılan başqa bir məhkumun da asıldığı bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button