Dünya

Pakistanın Baş Naziri Ərdoğana zəng etdi

Pakistanın Baş Naziri Ərdoğana zəng etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezident Administrasiyasının rəsmi internet saytı xəbər yayıb.

Bildirilir ki, Türkiyə dövlət başçısına zəng edən Pakistan lideri İzmirdəki dağıdıcı zəlzələyə görə “keçmiş olsun” deyib və həmrəylik ifadə edib.

Telefon zənginə və diqqətə görə təşəkkürlərini ifadə edən Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində ötən həftə Peşavərdə törədilən terror aktını bir daha qınayıb, dünyasını dəyişənlərə rəhmət diləyib.

Related Articles

Bir cavab yazın

Back to top button