İran

Zəngan-Qəzvin yolunda qəzaya düşən şəxslər evə buraxılıb

Xəbər verdiyimiz kimi, marsın 23-də Zəngan-Qəzvin otomobil yolunda zəncirvari təsaduf baş verib. Hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarələri ilə mərizxanaya yerləşdiriliblər. Zəngan Təcili Yardım və Urjans Mərkəzinin müdiri Dr. Əsğər Cəfəri açıqlamasında görə, olayda zərərçəkmiş şəxslərin müalicəsi başa çatıb və onlar evə buraxılıblar.
Xatırladaq ki, yanacaq daşıyan yük otomobili ilə bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari təsaduf baş verib. Əraziyə cəlb olunan urjans maşınları yaralıları dərhal Xurrəmdərə mərizxanasına yerləşdirib.

Related Articles

Bir cavab yazın

Back to top button