Dünya

Albaniyada iranlı terrorçu-casus mühakimə olunacaq

Bu barədə Albaniya prokurorluğu məlumat yayıb.

Albaniya prokurorluğunun aprelin 1-də verdiyi məlumata görə, bir iranlı terrorçu qrupları dəstəkləməkdə və kompüter məlumatlarından sui-istifadə etməkdə ittiham olunub.

“Associated Press”-in verdiyi məlumata görə, Xüsusi Cinayətlər Bürosundan verilən açıqlamaya görə, Bijən Puladrəgə qarşı iş məhkəməyə göndərilib.

Bəyanatda İran vətəndaşının həbs olunma vaxtı ilə bağlı əlavə təfərrüatlar verilməsə də, Albaniyada yerləşən “Xalq Mücahidləri Təşkilatı”na yaxın media orqanları onun 2020-ci ilin sentyabrında həbs olunduğunu bildiriblər.

Bu məlumatlara görə, cənab Puladrəq həbs olunmazdan bir il əvvələ qədər bu təşkilatın üzvü olub və o, İrana müxalif təşkilatın telefonlarını dinləməkdə ittiham olunub.

İki il bundan öncə Albaniya iki iranlı diplomatı qeyri-qanuni fəaliyyətlə məşğul olmaq və diplomatik qaydaları pozmaq ittihamı ilə ölkədən çıxarıb.

İki diplomatın Albaniya və İsrail komandaları arasında keçirilən futbol matçı zamanı qanunsuz fəaliyyətdə şübhəli bilindiyi bildirilir.

Futbol komandalarının görüşündən sonra terror əməliyyatı hazırlamaqda şübhəli bilinən 20-yə yaxın adam həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button