İran

İranın 743 səhifəlik məxfi sənədi – Azərbaycanla bağlı əsas plan nədir?

İran addım-addım “şiə hilalı” planını həyata keçirməyə çalışır. Bu məqsədlə “şiə xəritəsi” belə hazırlayıb.

Aznewstv Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.

Qəzet qeyd edir ki, 743 səhifəlik “şiə xəritəsi”ndə Türkiyə və Azərbaycanın mədəni, siyasi, coğrafi, ticarət, dil, iqtisadi, məzhəb-inanc məsələləri, bir sözlə, hər şey detallı şəkildə əksini tapır:

“Misal üçün, Türkiyədə nuseyrililər kimi bəzi qrupların İranın potensial müdafiəçisi olduğu fikirləri yer alır. İran Baş Qərargahının hazırlatdğı xəritənin altındakı imza Rəsul Cəfəriandır. Tehran Universitetinin Tarix fakültəsində professor olan Cəfərian “şiə xəritəsi”nə görə bir çox mükafat alıb”.

Məqalədə bildirilir ki, Tehranda “şiə hilalı” planı üçün 5 min nəfərlik qrup işləyir.

“Dini liderin rəhbərliyi altında çalışırlar. Bu məqsədlə gizli qrup fəaliyyət göstərir. Layihə 1979-cu il inqilabından sonra dövriyəyə daxil edilib. Livan, İraq, Suriya və Yəməndə istədiklərini əldə ediblər, amma əsas hədəfləri Türkiyə və Azərbaycandır”, – qəzet yazır.

Related Articles

Bir cavab yazın

Back to top button