Dünya

Türki̇yə ordusunun i̇ki̇ hərbçi̇si̇ şəhi̇d olub

Türkiyə Ordusunun 2 nizamisi nizami əməliyyat zamanı şəhid olub. Bu barədə ölkənin Milli Difa Vəzirliyinin açıqlamasında bildirilib. Vəzirliyin açıqlamasında qeyd olunur ki, İraqın quzeyində Qara bölgəsində aparılan “Pəncə Qartal-2” əməliyyatı çərçivəsində terrorçularla baş vermiş silahlı toqquşmada Türkiyə Ordusunun nizami qulluqçuları kapitan Burak Coşkun və baş çavuş Harun Turhan şəhid olub. Atışmada 4 əsgər də yaralanıb, onlar mərizxanaya yerləşdirilib. Açıqlamada bölgədə aparılan əməliyyat zamanı müəyyən edilmiş hədəflərin hava hücumu ilə vurulduğu və terrorçuların mövqelərinə ciddi zərbələr endirildiyi də bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button