Dünya

Ermənistan atəşkəsi yenidən pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif məntəqələrində snayper tüfənglərindən də istifadə etməklə 24 saatda atəşkəs rejimini 28 dəfə pozub. Bu barədə Difa vəzirliyi məlumat yayıb.
Ermənistan cümhurisi Berd ustanının Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz ustanının Ağdam, Ağbulaq, Qaralar kəndlərində, Çəmbərək ustanı ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy ustanının Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər ustanının işğal altında olan Çiləbürt, Ağdam ustanının Nəmirli, Mərzili, Füzuli ustanının Horadiz kəndləri yaxınlığında, eləcə də Tərtər, Ağdam və Xocavənd ustanları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Related Articles

Bir cavab yazın

Back to top button