İran

ŞƏHƏR SAKİNLƏRİNİN GƏLİR VƏ XƏRCLƏRİ YÜZDƏ YÜZ ARTIB

İranın Amar Mərkəzi xəbər verir ki, son 6 ildə ölkədə şəhər sakinlərinin orta illik gəlir və xərcləri yüz faizdən çox artıb və Tehranda yaşayan vətandaşların orta aylıq xərcləri 6 milyon tüməni keçib ki, bu da Kerman ustanının şəhər yerlərində yaşayış xərcindən demək olar ki, 3 dəfə çoxdur.
Aamar Mərkəzinin məlumatına görə, keçən il bir şəhər sakininin orta illik ümumi xalis xərcləri 47,44 milyon tümən təşkil edib ki, bu da keçən ilin eyni dövrünə nisbət yüzdə 20,6 artım deməkdir.
Son 6 ildə kənd sakinlərinin orta illik xərcləri yüzdə 88,4 artaraq 13,85 milyon tüməndən 26,1 milyon tümənə çatıb.
2019-cu ildə şəhər sakinlərinin ümumi illik xərclərindən yüzdə 24,8 bərabər 11.75 milyon tüməndən çox, yemək və tütün xərclərinə, yüzdə 75.2-ə bərabər olan 35.68 milyon tümən qeyri-yemək xərclərinə aid olub.
Bunun müqabilində, kənd sakinlərinin ümumi illik xərclərindən 10.26 milyon tümən, yəni yüzdə 39,3 yemək və tütün xərclərinin, yüzdə 60,7, yəni 15.83 milyon tümən isə qeyri-yemək xərclərinin payına düşüb.

Related Articles

Bir cavab yazın

Back to top button