Bölgə

İsrail xarici işlər naziri: İranın nüvə silahı əldə etməsinin qarşısını birdəfəlik alacaq anlaşma ilə problemimiz yoxdur

"Deyə biləcəyim tək şey budur ki, İsrail dəfələrlə təkrar edib: Bizim ən böyük təhdidlər qarşısında özümüzü müdafiə etmək haqqımız var", - deyə sonda o əlavə edib

İsrailin xarici işlər naziri Yair Lapid dekabrın 22-də Amerikanın milli əmniyət məsələləri üzrə müşaviri ilə görüşdən sonra açıqlama verərək deyib ki, əgər Amerika İran İslam Cümhuriyyətinin atom silahı əldə etməsinin qarşısını bir dəfəlik alacaq güclü razılaşma imzalasa, İsrailin belə bir anlaşma ilə heç bir problemi olmayacaq.

“Aznews tv” xəbər verir ki, Lapid habelə bildirib: “Bizim anlaşma ilə problemimiz yoxdur. Yaxşı anlaşmanın əldə edilməsi gözəl bir şeydir. İkinci yaxşı variant isə anlaşmanın olmamasıdır. Ancaq sanksiyalar sərtləşsin və əminlik yaransın ki, İranın inkişaf edəcək gücü və bacarığı yoxdur. Üçüncü və ən pis versiya isə pis bir anlaşmanın imzalanmasıdır”.

Lapid İsrailin İran nüvə təsisatlarının dağıdılmasında ehtimal olunan rolu ilə bağlı hər hansı açıqlama vermədən söyləyib ki, İranın atom təsisatlarında baş verən hər hansı hadisənin nüvə anlaşmasına dair danışıqlar prosesi ilə heç bir əlaqəsi yoxdur.

“Deyə biləcəyim tək şey budur ki, İsrail dəfələrlə təkrar edib: Bizim ən böyük təhdidlər qarşısında özümüzü müdafiə etmək haqqımız var”, – deyə sonda o əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button