Dünya

ERMƏNİSTANDA VİRUSA TUTULANLARIN SAYI ARTDI

Ermənistanda koronavirusa tutulanların artımı sürətlənib.
Son 3 gün ərzində ölkədə 1634 nəfərdə koronavirus tapılıb. Gündəlik tutulma hallarının sayında da artım müşahidə olunub.
Bununla ölkə üzrə tutulmaların ümumi sayı 18 698-ə çatıb. Mərizlik səbəbindən həyatını itirənlərin sayı son 24 saat ərzində daha 7 nəfər artaraq 309-a çatıb. 7560 nəfər isə müalicə olunaraq sağalıb.
Qeyd edək ki, Ermənistanda tutulma hallarının sayının yüksək olması səbəbindən marsın 16-dan etibarən tətbiq olunan iztirari vəziyyət rejimi juənin 13-nə qədər uzadılıb.

Related Articles

Bir cavab yazın

Back to top button