
“Azərbaycanla Türkiyə qardaşdır. Bizim bir-birimizdən ayrılmağımız mümkün deyil. Nə lazım idisə etdik, etməyə də davam edirik”. Bu fikirləri Türkiyə Milli difa vəziri Hulusi Akar söyləyib.
“Azərbaycan ərazilərini işğal edən təcavüzkar, barbar Ermənistan var. O insanlardan soruşmaq lazımdır: 30 il ərzində azərbaycanlı qardaşlarımız dialoq üçün gözləyib, bu günədək nə edibsiniz? Bunun cavabı sıfırdır. Bu mübarizədə Türkiyə sonadək Azərbaycanın yanındadır. Azərbaycanlı qardaşlarımız atəşkəs qərarına riayət edib. Qeyri-səmimilik göstərən Ermənistan isə buna əməl etməyib. Raketlərlə faciəli şəkildə qeyri nizamiləri qətlə yetirməyə davam etdilər”, -deyə vəzir bildirib.