Dünyaİran

İngiltərə İranın İsrail gəmisinə hücumunu böyük yanlış adlandırıb

İngiltərə Ordusunun Baş Qərargah rəisi, jeneral Sir Nik Karter İranın İsrailə aid gəmiyə hücum etməklə böyük yanlışa yol verdiyini deyib.

O, İranın bu hücumunun Körfəzdə baş verən hadisələrin uluslararası məsələyə çevrilməsinə yol açdığını qeyd edib.

Jeneralın sözlərinə görə, İranın belə davranışları gərginliyin artmasına və bölgədə yaşayan bütün xalqlar, eləcə də uluslararası birlik üçün faciəvi nəticələrə səbəb ola bilər.

Sir Nik Karter İngiltərənin İranın körfəzdə daha çox hücumlar həyata keçirməsinin qarşısını almaq üçün uyğun cavab verməsinin zəruri olduğunu vurğulayıb. O, bu yöndə son hücuma görə İranı cəzalandıracaq bir cavabın verilməli olduğunu deyib.

Xatırladaq ki, İranın juiyyənin 30-da İsrailə aid “Mercer Street” gəmisinə pəhpadla hücumu nəticəsində 2 nəfər ölüb.

 

Related Articles

Bir cavab yazın

Back to top button