İran

Əmir Cəfərzadigandan Takistandakı tibb müəssisələrinə xəbərdarlıq

“Takistan şəhristanında koronavirusla mübarizədə sağlıq qaydalarını riayət edilmədiyi üçün 3 tibbi mətəb plomb edilib”. Bu barədə abanın 14-də Takistan şəhristanı fərmandarının siyasi, ictimai və əmniyyət işləri üzrə müavini Əmir Cəfərzadigan bildirib. “Şəhristanın Koronavirusla Mübarizə Sitadının Nəzarət Timi şəhərin mətəbləri, azimayişqah və kliniklərinə baxış keçirib. Bir neçə mətəb və bir klinikə plomblanma xəbərdarlığı edilib. Bu mərkəzlərdə Korona ilə Mübarizə Sitadının bütün qayda və göstərişlərini riayət olunmasını istəyirik. Koronavirusla ilgili şəhristan qırmızı durumdadır. Fərmandarı və Bəxşdarinin xüsusi nəzarət timləri ümumi məkanlara baxışlarını gücləndirəcək. Sağlıq qaydalarına riayət olunması üçün daha kəskin tədbirlər görüləcək. Artıq epidemi ilə bağlı xəbərdarlıq etmək mərhələsi geridə qalıb. Artıq əməl etmək vaxtıdır. Sitadın çıxardığı qərarlar qanun hökmündədir. Biz isə pozuntulara yol verənlərə qarşı ölçü götürməli və belə vahidlərin qapılarını plomblamalıyıq. Xalq koronavirus mərizliyindən xilas olmaq üçün sağlıq qaydalarına ciddi yanaşmalıdır. Ümumi məkanlarda ictimai məsafə saxlanılmalı və mask taxmalıdır”,-deyə o, açıqlama verib.

Related Articles

Bir cavab yazın

Back to top button