Dünya

POMPEO: “AVROPA İLƏ FİKİR AYRILIQLARIMIZ VAR”

“Avropalılarla fikir ayrılıqlarının” olduğunu deyən Amerikanın xarici işlər vəziri İranın silah təhriminin uzadılması ilə bağlı danışıqların davam etdiyini və Amerikanın bu təhrimin qaldırılmasına icazə verməyəcəyini vurğulayıb.
Mayk Pompeo, 5 tir, cümə axşamı Brukseldə yerləşən düşüncə mərkəzinin Anlayn görüşündə, “Amerika yaxın həftələrdə də İrana qarşı silah təhriminin uzadılması ilə bağlı Amerikanın önərdiyi qətnaməni təsvib etmək üçün Avropa ölkələri ilə danışıqlara davam edəcək”, – deyə bildirib.
Bərcamla bağlı 1394-cü ildə təsvib edilmiş Əmniyət Şurasının 2231 saylı qətnaməsinə uyğun olaraq, İrana qarşı silah təhrimlərinin müddəti bu ilin oktobrunda (təqribən 4 ay sonra) başa çatacaq və Tehran bundan sonra silah və nizami təchizat ala və ya sata bilər.
“Alman Marşal Sandığı”nın düşüncə mərkəzinin toplantısında videokonfrans vatisəsilə çıxış edən Pompeo bildirib ki, “İrana qarşı silah təhriminin başa çatması da Bərcamın zəif tərəflərindən daha biri idi və Amerika bunun baş verməməsindən arxayın olacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button