Dünya

SENATOR İNHAF XOMEYNİNİ İTTİHAM ETDİ: “GÜNAHSIZ İNSANLARI ÖLDÜRDÜ…”

Amerika Senasının Silahlı Qüvvələr Komitəsinin rəisi, cumhuriyətçi senator Ceyms İnhaf Xomeyninin ölümünün ildönümü ilə bağlı Senada çıxış edib. “Xomeyni İranda dini qanunların sərt nüsxəsindən istifadə edərək günahsız insanları qətlə yetirən, dini və milli əqəlliyətləri sıxışdıran və ifratçı islamçıları himayət edən molla rejiminin daşürəkli rəhbəri olub. O, Qərb dəyərlərinə və bizdə olan azadlığa nifrət edirdi”, – deyərək əlavə edib ki, 23 oktobr 1983-cü ildə Beyrutda sülhməramlı məmuriyətdə xidmət edən 241 amerikalı, o cümlədən dəniz tüfəngçiləri və başqa Amerika nizamiləri “İran tərəfindən silahlanmış və təlim keçmiş terorçular tərəfindən” öz paayqahlarında öldürülən vaxt Xomeyni hakimiyyətdə idi.
“2007-ci ildə Vaşinqton federal məhkəməsi “bu qırğında canlarını itirənlərin ailələrinə 2,5 milyard dolardan çox qəramətin verilməsinə qərar verib” və habelə İranın 1,7 milyard “pulşuyi olmuş daarayiləri” hələ də Lukzamburqdakı bir bankda saxlanılır”, – deyə artırıb.
Senator İnhafın sözlərinə görə, keçən il Konqre üzvləri Amerikanın Difa Vəzirliyinin illik büdcə qanun layihəsini təsvib edib. Yerləşdirilən mətnə əsasən, bu daarayilər qurbanların ailələrinə verilib və prezident də onu imzalayıb.

Related Articles

Bir cavab yazın

Back to top button