Dünya

Rusiya və Çin birgə təlimlərə başladı

Yapon dənizində Rusiya-Çin hərbi dəniz qüvvələrinin “Şimal qarşılıqlı fəaliyyət-2023” birgə təlimləri başlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. İyulun 23-dək davam edəcək təlimlərin əsas məqsədi iki ölkə arasında dəniz əməkdaşlığının gücləndirilməsi, Asiya-Sakit okean regionunda sabitliyin və sülhün qorunmasıdır.

Birgə praktiki tədbirlər zamanı sualtı qayıqlara qarşı tapşırıqlar və dəniz döyüşləri, gəmilərin dəniz və havadan müşayiəti, Yapon dənizinin sularında və hava məkanında rabitənin təhlükəsizliyinin təmin edilməsi üzrə işlər aparılacaq.

Hər iki tərəfdən təlimlərə 30-dan çox dəniz aviasiya təyyarəsi, o cümlədən sualtı qayıq əleyhinə helikopterlər və qırıcılar da cəlb olunub. (azvision)

Related Articles

Bir cavab yazın

Back to top button