İran

İnsan haqları təşkilatı dünya dövlətlərinə məktub yazıb

22 İran və beynəlmiləl insan haqları təşkilatı dünya dövlətlərinə məktub yazıb. Məktubda araşdırma komitəsinin yaradılmasına dəstək istənilib. Bu istəyin 1398-ci ilin aban etirazları iştirakçılarının basqılara məruz qalması ilə bağlı olduğu açıqlanıb. Çərşənbə günü göndəriləcək məktubda İran məqamlarının “toxunulmazlıq böhranının davam etdirilməsi”nə baxılması məsələsi vurğulanıb. Təşkilat, İran məqamlarının aban etirazçılarının kütləvi yatırılmasındakı roluna, yüzlərlə etirazçının öldürülməsi və tutuqlanmasında qanunsuz güc qüvvələrindən istifadəyə işarə edib. Burada insan haqlarının açıq-aşkar pozulması hallarının internetin bir həftəlik kəsildiyi bir vaxtda baş verdiyi vurğulanıb. Məktub müəllifləri, Beynəlmiləl Əfv Təşkilatının etirazlarda 23-ü uşaq olmaqla 300-dən çox insanın öldürülməsi ilə bağlı raporuna də işarə edib. “Əksər hallarda bədənin yuxarı qismətinə və ya insanların başına güllə atılıb. Bu da əmniyət qüvvələrinin öldürmək üçün atəş açdığını göstərir. 10 yaşadək uşaqlar da daxil olmaqla 7 mindən çox insan tutuqlanıb”,-deyə məktubda bəyan edilib. Beynəlmiləl Əfv Təşkilatının əldə etdiyi bilgilərə görə, onların bir çoxu bilinməyən yerlərdə həbsdə saxlanılıb. Onlar polis, əmniyət və ittilaat qüvvələri, habelə bəzi zindan məmurları tərəfindən işgəncəyə məruz qalıblar.

Related Articles

Bir cavab yazın

Back to top button