Azərbaycanİran

İran parlamentinin sədrinin birinci müavinindən Azərbaycanla bağlı sərsəm açıqlama

İran parlamentinin deputatı Əlborz Hüseyni Azərbaycan Prezidentinə xitabən absurd bəyanat verib.

“Azərbaycan Prezidenti türk dövlətləri ilə bağlı açıqlama verib. Təklifim var ki, Gülüstan müqaviləsini oxusun ki, hardan ayrıldığını başa düşsün!

Ona görə qonşu dövlətlərin ərazi bütövlüyü ilə bağlı Azərbaycan Prezidentinin belə fikirləri qəbuledilməzdir.

Azərbaycan Prezidentinin bu bəyanatı real deyil. Əgər Gülüstan müqaviləsi yerinə yetirilməsəydi, Azərbaycan İranın tərkibində olardı və o, bu ölkənin prezidenti olmazdı.

Ona görə də İran Xarici İşlər Nazirliyi və Parlamentin bu cür ifadələrə reaksiya verməsi vacibdir. Çünki regionun hər zamankından daha çox sakitləşməsi lazımdır.”

 İran parlamentinin sədrinin birinci müavini Əli Nikzad isə adıçəkilən deputatın açıqlamasına cavab olaraq bildirib ki, nəvə babanı inkar edə bilməz, ona görə də Azərbaycan prezidentinin bəyanatının heç bir əsası yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button